Azərbaycanda Belarus mədəniyyət
günləri keçirilir
Aydın Dadaşov: “Azərbaycanda belarus
mədəniyyət günləri çərçivəsində
kino günlərinin də keçirilməsi
bir kino xadimi kimi məni də sevindirir”
Son vaxtlar Azərbaycanla digər ölkələr arasında mədəniyyət əlaqələrinin genişləndirilməsi üçün bir çox işlər görülür. Bu sıradan Azərbaycanda xarici ölkələrin və xaricdə də Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyə bilərik. 2012-ci il 27 avqust tarixində imzalanmış ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 7-ci iclas Protokoluna əsasən, isə 4-7 iyun tarixində Azərbaycanda Belarus Respublikasının Mədəniyyət Günləri keçirilir. Bu məqsədlə Belarus mədəniyyət nazirinin müavini Vasili Çernikin başçılığı ilə nümayəndə heyəti Bakıda səfərdədir. Mədəniyyət günləri çərçivəsində 5-6 iyun tarixlərində Nizami Kino Mərkəzində Belarus kinosu günlərinə start verildi. Bu məqsədlə kino mərkəzində cizgi və bədii filmlərin nümayişi təşkil edilib. Bu mövzu ətrafında “Üç nöqtə”yə danışan ssenari müəllifi, rejissor, əməkdar incəsənət xadimi Aydın Dadaşov bildirdi ki, bu cür qarşılıqlı tədbirlərin keçirilməsi hər iki ölkə arasında əməkdaşlığın inkişafına böyük yol açır: “Ölkələr arasında mədəniyyətin bütün sahələrinin inteqrasiyada olması çox yaxşı haldı. Azərbaycanda Belarus mədəniyyət günləri çərçivəsində kino günlərinin də keçirilməsi bir kino xadimi kimi məni də sevindirir. Düşünürəm ki, bütün kinolar qarşılıqlı əlaqə vasitəsilə inkişaf edə bilir. Belarus və Azərbaycan kinosunun yaxınlığı qarşılıqlı mübadiləyə xidmət edir. Əvvəllər də Azərbaycan və Belarus kinosu arasında yaxınlıq çox olub. Azərbyacan və Belarus əlqələri tarixə əsaslanır. Biz onlarla Moskvada bir yerdə təhsil almışıq. Bu əlaqələr şəxsi müstəvidə idi. Şəxsi müstəvidə olan bu münasibətlərin mədəniyyətin inkişafına təsir etməsi yaxşı haldı. Yəqin ki, bu cür tədbirlərin keçirilməsi gələcəkdə qarşılıqlı mədəniyyət əlaqələrinin də inkişafına təkan verəcək amillərdən olacaq. Mən Belarus kinolarını çox yüksək qiymətləndirirəm. Belarus kinosu haqda mənim məqaləm də dərs olunub. Belarus rejissoru Larisa Şepitkonun Vasil Bıkovun «Sotnikov» povesti əsasında 1977-ci ildə quruluş verdiyi Benrlin festivalının baş mükafatını qazanmış «Yüksəliş» filmi haqda yazmışam”.
Aydın Dadaşov Azərbaycan kino günlərinin Belarus və digər ölkələrdə keçirilməsinin də kinomuz üçün uğurlu addımlardan ola biləcəyini dedi.
Aygün Asimqızı
Üç nöqtə.-2013.-6
iyun.-S.13.